SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Sabir Abdullayev şəhər ərazisində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı revolver tipli tapança edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

BAKU.WS