SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 10 min manat dəyərində istilik sistemlərinin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Nurlan Musayev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs oğurladığı həmin cihazları Zaqatala və Bakı şəhərlərində istilik sistemlərinin satışı ilə məşğul olan bir neçə mağazaya satıb. Əldə etdiyi pulu isə öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

BAKU.WS
QALEREYA