SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil suötürücü xəndəyə aşıb.

Nəticədə Lənkəran şəhər sakinləri - 1956-cı il təvəllüdlü Mahirə Mirzağa qızı Məmmədova və 1959-cu il təvəllüdlü Nahidə Mirzağa qızı Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA