VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz şəhərində insanlığa sığmayan hadisə baş verib.

Bu barədə şəhər sakini Nailə Rüstəmli BAKU.WS-ə bildirib. 

Onun sözlərinə görə, Xaçmaz şəhərində kafelərin birində pişiyin 3 ayağı kəsilib.

“Biz pişiyi 3 həftə əvvəl tapmışıq. Ətrafda olan insanlar iddia edirlər ki, kafe sahibi pişiyə bir parça ət oğurladığına görə zülm verib. Artıq bu barədə polis şöbəsinə rəsmi qaydada şikayət edilib”, - deyə Nailə Rüstəmli bildirib.

Məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsilə əlaqə saxladıq.

Qurumun təhqiqatçısı Qəhrəman Qurbanov BAKU.WS-ə bildirib ki, hazırda bu məsələ ciddi nəzarətdədir.

“Pişiyi Nərimanov küçəsində adsız kafelərinin birinin qarşısından tapıblar. Məsələni araşdırırıq. Həmin hadisəni törədən şəxs müəyyən ediləcək və ona qarşı qanun çərçivəsində tədbir görüləcək. Bundan başqa, “heyvana şiddətə son” yazısı əks olunan bukletlər də hazırlatdıracağıq. Bunun vasitəsilə insanları heyvanlara şiddətə son qoymağa çağırırıq”, - deyə Qəhrəman Qurbanov bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində bununla bağlı xüsusi qeyd də var. Heyvanlara qarşı qəddar münasibət məcəllənin 274-cü maddəsilə cəzalandırılır.

Maddədə bildirilir:

“Heyvanlarla rəhmsiz rəftar edilməsi

Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir”.

Ziya SƏCCAD
BAKU.WS