SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qazax rayon sakini minaya düşüb.
 
BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb.
 
Müxtəlif bədən xəsarəti alan V. Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağı dizdən aşağı amputasiya olunub.
 
BAKU.WS