VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.
 
Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.
 
Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
 
Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.
 
BAKU.WS