SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Biləcəri dairəsi yaxınlığında diri toyuq daşıyan yük avtomobili aşıb.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə nəticəsində Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

BAKU.WS
VİDEO

QALEREYA