SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac, 7 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 4 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS