SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt avtomobil yolunun “Saray” postunun yaxınlığından keçən hissəsində yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sumqayıt istiqamətində hərəkətdə olan “MAZ” markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb. 

Nəticədə tullantı daşıyan yük maşını Saray qəsəbəsi istiqamətinə dönmə əməliyyatı edərkən beton arakəsməyə çırpılaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA