2016-cı ilin aprel ayı ərzində 7,412,514 m2 ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Məlumata görə, 1,707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS istifadəyə yararsız hala salınıb. 

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 327,855,880 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718,029-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ