SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Gəncə şəhərində intihara cəhd olub. Şəhər sakini özünü bıçaqlayıb.
 
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Ramiz Həsən oğlu Həsənov qarnının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya çatdırılıb. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır, vəziyyəti ağır qiymətləndirilir.

55 yaşlı kişinin bıçaqla özünə xəsarət yetirdiyi bildirilir. Məlumata görə, kişi bir neçə gün əvvəl işdən azad edilib və buna görə də belə bir addım atıb.

Faktla bağlı Gəncə Şəhər Nizami Rayon Polis Bölməsində araşdırma aparılır.
 
BAKU.WS