SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınlıb.

1973-cü il təvəllüdlü İlham İbrahim oğlu Hüseynov həmyerlisi, 1973-cü il təvəllüdlü Gündüz Fikrət oğlu Zeynalov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS