SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Federasiyasının Mahaçqala şəhərində polis əməkdaşları ilə iki naməlum şəxs arasında silahlı insident yaşanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Atışma nəticəsində bir nəfər hüquq-mühafizə xidmətinin əməkdaşı çiynindən yaralanıb.

Həmçinin polisə hücum edən şəxlərdən biri yaralanıb, digər silahlı isə saxlanılıb.

Hadisənin təfərrüatı ilə bağlı hələlik məlumat verilmir.

BAKU.WS
VİDEO