SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yasamal rayon sakini, 1932-ci il təvəllüdlü Məmməd Səmədovu qətlə yetirənlər həbs olunub.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum M.Səmədov Yasamal rayonu, Akim Abbasov küçəsindəki 8 saylı binanın 38-ci mənzilində tək yaşayıb.
 
BAKU.WS