VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, qəza paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı Dairəvi Yolunda “NAZ Lifan” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın dərəyə aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Orxan Zahir oğlu Hacıyev hadisə yerində ölüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedicilər, yol polisləri cəlb olunub. Maşının sürücüsünün meyidi deformasiyaya uğrayan maşından çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA