SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

BAKU.WS Tərtər rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib. 

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS