SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS