SİZİN REKLAM BURADA!
055 213 76 73


Zərdab sakinindən silah-sursat götürülüb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Belə ki, şöbəyə vətəndaş Cəmaləddin Xammədovun üzərində silah sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər həmin şəxsi Zərdab-Ağcabədi yolunda saxlamağa nail olublar.

C.Xammədovun əlindəki ağ torbaya baxış zamanı döyüş sursatı olan ümumilikdə 157 ədəd patron aşkar edilib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Xammədov Beyləqan rayonu ərazisində çöl sahədə 1 ədəd "AKM" markalı avtomatı torpağın altında basdıraraq gizlətdiyini bildirib.

Zərdab RPŞ əməkdaşları göstərilən yerə baxış zamanı saxlanılan şəxs tərəfindən torpağın altında basdırılan 1 ədəd avtomat silahı, sandıqçanı və əlavə 30 ədəd patronu aşkar edərək götürüblər.

Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.

Faktla bağlı Zərdab RPŞ-də müvafiq istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO