VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Avstraliya vətəndaşının qızıllarını oğurlayan Bakı sakini saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisindəki hotellərdən birində Avstraliya vətəndaşı Adam Stenford Kimə məxsus 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Sona Əliyeva saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
BAKU.WS