SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yon-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü Quliyev Rizvan Ramil oğlunu “NİVA” markalı avtomobil vurub. 

17 yaşlı piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS