VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasının təlimlərindən görüntüləri yayılıb.
 
BAKU.WS-in məlumatına görə, "Kalibr-GK" yeni raket kompleksi ilə təchiz edilmiş hərbi dəniz donanması artilleriya toplarını sınaqdan keçirib. Təlimlərdə 20-dən çox hərbi gəmi, kater iştirak edib.  
 
 
Bu manevrlər Xəzər Dənizi Flotiliyası gəmilərinin ekipajlarının son təlim mərhələsi olub. Məlumata görə, təlimlər aprelin 24-dən 28-dək baş tutub. Təlimlərin gedişatında hərbi gəminin ekipajları mina əleyhinə və hava hücumuna qarşı müdafiə zamanı verilən əmrləri yerinə yetirib. 
 
Qeyd edək ki, Rusiya qoşunları 2015-ci ilin dekabr ayında Suriya ərazisinə Xəzər dənizindən məhz "Kalibr-GK" raket kompleksi ilə zərbələr endirmişdi. 
 
BAKU.WS