SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə bu səhəri də partlayışla açıb. ANS PRESS-in "İhlas" xəbər agentlyinə istinadla verdiyi məlumata görə, terror aktı bu dəfə Qaziantep şəhərində qeydə alınıb.

Rayonun polis idarəsi qarşısında bomba yüklü maşın partladılıb. İlkin məlumata görə, partlayış nəticəsində 1 polis şəhid olub. Yaralıların sayı 13 nəfərdir. Onlardan 9-u polis əməkdaşıdır. Bu barədə məlumatı Qaziantep Valisi təsdiqləyib. 

Əraziyə olan bütün yollar təhlükəsizlik məqsədilə bağlanılıb. Terrorla əlaqəsi olduğu deyilən, şüşələri sınan ağ rəngli bir maşının axtarışına başlanılıb. 

 
Qaziantep şəhərində baş verən terror aktının video görüntüləri yayılıb. Müşahidə kameralarına anbaan düşən görüntülərdə güclü partlayışın necə baş verdiyi əksini tapıb. Terror hadisəsindən sonra növbəti terror aktı barədə anons diqqət çəkib. Polis əməkdaşlarına verilən anonsda saxta nömrəli təcili yardım maşını ilə ikinci terror aktının həyata keçirilə biləcəyi barədə xəbərdarlıq edilib.
 
BAKU.WS