VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sumqayıt Şəhər Xəstəxanasında intihar qeydə alınıb.

BAKU.WS məlumat verir ki, bu haqda Sumqayıt Şəhər Polis Şöbəsindən "Qafqazinfo”ya məlumat verilib. Məlumata görə, hadisə bu gün baş verib. 

Xəstəxanada stasionar olaraq müalicə alan yaşlı qadın özünü xəstəxananın 4-cü mərtəbəsinin pəncərəsindən atıb. Qadın elə yerindəcə keçinib. Onun şəkər xəstəsi olduğu qeyd edilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, faktla bağlı araşdırma aparılır. Qadının kimliyi müəyyənləşdirilir.
 
BAKU.WS