VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının iki rayonunda yerləşən yaşayış binalarında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.

Hadisələrdən biri Yasamal rayonunda qeydə alınıb. FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paytaxtda digər yanğın isə Sabunçu rayonunda qeydə alınıb.

Ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS