VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis əməkdaşları əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirləri davam etdirirlər.

BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti belə tədbir Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Nizami rayonunda keçirilib. Rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən vətəndaş Emin Tağıyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitə aşkarlanaraq götürülüb.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində mağazalardan birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını təşkil edən vətəndaş Anar Abdulxalıqov saxlanılıb. Həmin şəxsin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Növbəti analoji fakt da Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində aşkarlanıb. Vətəndaş Ülvi Vəliyev qəsəbə ərazisində pirotexniki vasitələrin satışını həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində də pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Tezalışan maddələrin satışı ilə məşğul olan vətəndaş Nurlan Hüseynov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tutulub.

Saxlanılan şəxslərin hər birindən aşkarlanan pirotexniki vasitələr müsadirə olunub. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar müvafiq qərar verilməsi üçün məhkəmə orqanlarına göndərilib.

Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.

BAKU.WS
QALEREYA