SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə A.M.Şərifzadə küçəsində qeydə alınıb.

"Hyundai" və "Mercedes" markalı nəqliyyat vasitələri "Hyundai" markalı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobillərində olan 1993-cü il təvəllüdlü Məmmədli Fazil Əhməd oğlu və 1971-ci il təvəllüdlü Məlikzadə Zeynalabdin Malik oğlu, 1996-cı il təvəllüdlü Abdulrəhmanov Orxan Qabil oğlu və 2001-ci il təvəllüdlü Sadıqova Mehin Faiq qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Z.Məlikzadədən başqa digər üç nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidləri bildirir ki, qəza zamanı işıqfor işləməyib.

***09:19

Bakıda yol qəzası olub.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarında dayanan “Hyundai” markalı sərnişin avtobusuna çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS
QALEREYA