SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu il sentyabrın 23-də Xəzər RPİ-nə könüllü təslim olan şəxs əlindəki baltanı növbətçi hissəyə təqdim edərək gəlinini qətlə yetirdiyini etiraf edib. Araşdırma zamanı məlum olub ki, o, 1962-ci ildə Füzuli rayonun Qaçar kəndində anadan olmuş, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, Yeni Massivdə yaşayan Firdovsi Məhərrəmovdur.

BAKU.WS Baku Tv-yə istinadən xəbər verir ki, Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Xəzər rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Cəmilə Məhərrəmovanın (1989-cu il təv.) meyiti üzərində 7 ədəd çapılmış və 3 ədəd kəsilmiş yara aşkar edilib. Onun ölümünə beyin toxumasına geniş qansızma səbəb olub.

İstintaqla müəyyən edilib ki, sentyabrın 23-ü saat 18 radələrində Firdovsi Məhərrəmov yaşadığı evdə, təsərrüfat mallarının yığıldığı yerdən baltanı götürərkən gəlini Cəmilə Məhərrəmova çölə qaçıb. Təqib edib, evin həyətində onu tutanda, gəlin öldürməməsi üçün yalvarsarsa da buna məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıqla alətlə baş və boyun nahiyələrinə çoxsaylı zərbələr endirib. Bununla da sağlamlığına ağır dərəcəli zərərvurma əlamətlərinə malik xəsarətlər yetirərək, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Firdovsi Məhərrəmov bildirib ki, təxminən 13 il əvvəl o, cəzaçəkmə müəssisəsində olanda oğlu Elməddin Cəmilə Məhərrəmova ilə ailə həyatı qurub. Həbsxanada olanda gəlinin arvadı Gülbənizlə mübahisə etdiyini, ona evdə yaşamasına imkan vermədiyini eşidib. Cəza çəkib qurtarandan sonra evə qayıdıb.

2016-cı ildə gəlin barəsində Xəzər RPİ 2-ci polis şöbəsinə şikayət edərək guya onu döydüyünü bildirib. Halbuki belə hadisə olmayıb. Nəticədə Cəmilə ərizəsini geri götürdüyü üçün araşdırma dayandırılıb. 1 ildən sonra gəlin qayınanasının guya kül qabı ilə başına xəsarət yetirməsi ilə bağlı şöbəyə növbəti ərizə verib. Xəzər rayon Məhkəməsi arvadı 300 manat məbləğində cərimə cəzasına məhkum olunub. Cəmilə ilə eyni evdə yaşamağın mümkün olmadığını görüb arvadı ilə Şüvəlan qəsəbəsində ev kirayələyib. 2019-cu ilin iyun ayınadək orada yaşayıb, kirayə pulunu ödəyə bilmədiyinə görə öz evinə qayıdıb.

Sentyabrın 23-ü saat 18 radələrində həyətə çıxanda qudası Fərhadı görüb, ora gəlməməsini deyib, sonuncu isə qızının evinə gəldiyini söyləyib və gedib. Az sonra Cəmilə otağa girib, qəzəblə «onun atası ilə nə işi olduğunu» bildirib və ona sillə atıb. Artıq əsəblərini cilovlaya bilməyib və çölə çıxıb, damdan baltanı götürüb. Gəlindən içəridən bağladığı evin qapısını açmasını tələb edib. Pəncərənin şüşəsini yumruqla vurub sındıranda, şüşə parçası əlini kəsib. Cəmilə bunu görüb, qapıdan çıxıb və darvazaya tərəf qaçıb.

Həyətin ortasında gəlininə çataraq çiynindən tutub və balta ilə zərbələr vurmağa başlayıb. Cəmilə yerə yıxılıb, neçə zərbə vurması yadında qalmayıb. Sonra paltarasılan ipdən uşaq mələfəsini götürüb, baltanı ona büküb. Evin içərisinə baxanda nəvələrinin televizora baxdıqlarını görüb. Taksi ilə kürəkəninin evinə gedərək ona və qızına Cəmiləni öldürdüyünü deyib. Oradan Xəzər RPİ-nə yollanıb və təslim olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Səbinə Bayramova ifadəsində göstərib ki, bacısı Cəmilənin 4 övladı olub. Əri ilə münasibəti yaxşı olsa da, qayınatası və qayınanası onu gəlin kimi qəbul etmək istəməyiblər. Onun yaşadığı ev Cəmiləgilin evin yaxınlığında yerləşib, atası həmin ərazidə olan obyektdə mühafizəçi işləyib və mütəmadi qızının qaldığı evə gedib-gəlib. Sentyabrın 23-də atası xəbər verib ki, bacısını qayınatası qətlə yetirib. Firdovsi Məhərrəmov ailənin şərəf məsələsi ilə əlaqədar Cəmiləni öldürdüyünü bildirsə də, onun ifadəsi yalandır. Çünki mərhum ləyaqətli qadın olub.

Məcburi-narkoloji tibbi yoxlamanın rəyinə görə, Firdovsi Məhərrəmovda çətənə qəbulundan yaranan psixi və davranış pozuntusu aşkar olunub. Narkomaniyadan məcburi müalicəyə ehtiyac var.

BAKU.WS
VİDEO

QALEREYA