SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Tovuz rayonu ərazisində "KAMAZ” markalı yük avtomobili ilə "Mercedes” markalı minik avtomobili toqquşub.
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
 
Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
 
Əməliyyat saat 02:39-da başa çatıb.
 
ŞAHİN Həbibov
BAKU.WS