SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərin Koroğlu prospektində zəncirvari qəza qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Hyundai Elantra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan 9 nömrəli marşrut avtobusa çırpıb.

Avtobus zərbənin gücündən “Daewoo Espero” markalı avtomobilə dəyib.

Qəza nəticəsində “Hyundai Elantra” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA