SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Daxili İşlər Nazirliyi Bakıdakı "Bulaq" restoranındakı atışma ilə bağlı məlumat yayıb.
 
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.
 
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.

BAKU.WS