SİZİN REKLAM BURADA!
055 213 76 73


Vəkillər Kollegiyasının üzvü, İmişli rayon Vəkil Bürosunun vəkili Qasımov İdris İbadulla oğlu vəfat edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, İ.Qasımov uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

BAKU.WS