SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda fərdi yaşayış evlərindən birində yanğın baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Ev sahibi Qırıxlı kənd sakini 44 yaşlı Altay Verdiyevə məxsus yaşayış evində baş verən yanğın zamanı ev sahibi, adıçəkilən şəxs yanaraq dünyasını dəyişib.

Hadisə nəticəsində ev sahibinin həyat yoldaşı 1981-ci il təvəllüdlü Mustafayeva Mehriban Əbülfəz qızı isə müxtəlif yanıq xəsarətlərilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində alov yaxınlıqda yerləşən daha 3 evə keçib. Alovu söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.

Təxminən 1 saat sonra alovu ram etmək mümkün olub. İlkin ehtimala görə, hadisə qaz sobasının yanında olan uşaq paltarına alovun düşməsi səbəbindən baş verib. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS
VİDEO

QALEREYA