SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini N.Rzayevanın idarə etdiyi “Chevrolet” və Goranboy rayon sakini Orxan Aslanovun idarə etdiyi “VAZ-2102” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində O.Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS