VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızı yolu keçmək istəyən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS