SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.
 
Bunu BAKU.WS-in sorğusuna cavabında Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. Nazirlikdən verilən məlumata görə, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə "diversantlar” görsənir:
 
"Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib".
 
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin cəbhədə itki verdiyi ilə bağlı malumatlar yayıb. 
 
Şahin Həbibov
BAKU.WS