SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.

BAKU.WS
-in Reporta istinadən verdiyi məlumata görə, M.İsmayıloğlu Respublika Kliniki Xəstəxanasında böyrək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Mahal İsmayıloğlu 1957-ci ilin yanvarın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.

1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində oxuyub. 1982-1984- cü illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb.

1984-1987-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft və Kimya İnstitutunun (İndiki Neft Akademiyasının) çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan "Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti”nin baş redaktoru işləyib.

Bundan əlavə, o, "Yeni Müsavat" və "Azadlıq" qəzeti ilə də əməkdaşlıq edib.

Ziya Səccad
BAKU.WS