SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda xeyli miqdarda saxta pul dövriyyədən çıxarılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Cinayət Axtarışı İdarəsi, Yevlax rayon polis şöbəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları tərəfindnə keçirilib.

Birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Aşağı Qarxun kəndinin ərazisində Göygöl rayon sakini Əli Mahmudovun idarə etdiyi "Mercedes” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi məbləği 26,550 manat olan 41 ədəd 100 manatlıq, 415 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq saxta əsginaslar, 0,428 qram  heroin və müxtəlif növ dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Ziya Səccad
BAKU.WS