SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qusar rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Hacı Kərəmova saxta 50 manatlıq əsginas vermiş şəhər sakini Şahin Əfəndiyev saxlanılıb.

BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, onun saxta pulu həmyerlisi Samir Soltanovdan alması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə S.Soltanov da tutulub, ondan 12 ədəd 100 manatlıq və 5 ədəd 50 manatlıq saxta əsginas (rəngli kserokopiyadan çıxma) götürülüb.
 
BAKU.WS