SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Yeni Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Abşeron, Quba, Mingəçevir və Goranboy rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə BAKU.WS-ə "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, orta təzyiqli qaz kəməri üzərində yeni quraşdırılmış RDUK tipli qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə aprelin 13-də saat 09.00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Yeni Suraxanı və Ramanı qəsəbəsində, Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Şüvəlan, Mərdəkan qəsəbələrində və Xaşa-Xuna bağ massivində, Abşeron rayonunun Muşviqabad və Pirəkeşkül qəsəbələrində, Quba rayon mərkəzi və Qırmızı qəsəbədə, Goranboy rayonunun, həmçinin Mingəçevir şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
BAKU.WS