SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu yaxınlarda "Anadolu" restoranı kasıblar üçün yeni aksiya həyata keçirməyə başladı.
 
BAKU.WS-in məlumatına görə, bu aksiya çərçivəsində restorandan qəhvə alanların xərclədiyi pulun bir qismi kasıbların pulsuz yemək yeməsi üçün sərf olunurdu. Aksiya tətbiq olunmağa başladıqdan sonra sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. "Anadolu" restoranının sahibi Fikrət Xəlilov bu aksiya vasitəsi ilə yardıma ehtiyacı olan xeyli insana kömək edib. 

Bu dəfə Fikrət Xəlilov daha bir xeyriyyəçi addım atıb. "Anadolu" restoranının sahibi bu barədə sosial şəbəkədə yazıb. O qeyd edib ki, artıq restoran həftənin müəyyən olunmuş günlərində əldə etdiyi gəlirin 25%-i kasıblara yardım etmək üçün xərcləyəcək. Yəni, ehtiyacı olanlar tam təmannasız restorana daxil olaraq pulsuz yemək yeyə biləcək. 

"Aksiya çərçivəsində bundan sonra bazar ertəsindən cümə gününə qədər saat 15:00-dan 19:00-a qədər sifarişlərin 25%-i avtomotik olaraq xeyriyyəçiliyə gedəcək. Yəni, sizə əlavə bir ödəniş etməyə ehtiyac qalmayacaq. Siz həmişəki kimi hesabı ödəyirsiniz. Amma sizin ödənişinizin 25%-i, yəni artıq bizim qazandığımız pulun bir hissəsi xeyriyyəçilik məqsədi ilə istifadə olunacaq. 

Siz, tutaq ki, 10 manatlıq yemək yeyirsiniz və 10 manat ödəyirsiniz. Biz bu pulun 2,5 manatını ehtiyacı olanlara veririk".
 
Nərminə Məmmədova
BAKU.WS