SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan Azərbaycan qoşunları ilə təmas xəttində baş verən toqquşmalar zamanı ölən erməni əsgərlərin sayının bir hissəsini də açıqlayıb.
 
ANS PRESS-in Rusiyanın "Interfax" saytına istinadən verdiyi məlumata görə, qarşı tərəf aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində münaqişənin gərginləşməsi nəticəsində qondarma Dağlıq Qarabağ Respublikasının (QDQR) ordusunun ölən hərbçilərinin sayı ilə bağlı ziddiyyətli məlumatlar verməkdə davam edir. İndi də döyüş əməliyyatlarında ölənlərin sayının 56 nəfər  olduğu deyilib. Bu barədə sayta qondarma rejimin Müdafiə Nazirliyinin mətbuat katibi Senor Asratyan məlumat verib.

Onun sözlərinə görə, bu döyüşlərdə erməni ordusunun təkcə 17 nəfər zabit və giziri, 11 serjantı, 28 nəfər sıravi əsgəri ölüb. Qoşunların təmas xəttində hərbçilərin dəyişdirilməsi zamanı erməni tərəf Azərbaycana 7 hərbçinin meyitini,  Azərbaycan tərəfi isə qarşı tərəfə 18 hərbçinin cəsədini qaytarıb.

Hələ bir neçə gün öncə qondarma Dağlıq Qarabağ rejiminin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf etmişdi. O, döyüşlərdə texnika cəhətdən də böyük itkilər olduğunu açıqlayıb. "Həmçinin 20-30 nəfərdən xəbər yoxdur". 

Separatçı rejimin iki "rəsmisinin" məlumatlarındakı rəqəmlər belə onların itkiləri gizlətdiyinin bariz nümunəsidir. Belə ki, bir neçə gün öncə 50 olduğu iddia edilən itkilərin üzərinə təmas xəttində qaytarılan 18 nəfərin meyitini gəldikdə belə rəqəmin kifayət qədər çox etdiyi aşkar görünür. 

Azərbaycanın Müdafi Nazirliyindən verilən məlumata görə, düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır. "Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər.

Aprelin 2-dən etibarən cəbhədə davam edən gərginlik aprelin 5-də dayandırılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Qondarma Dağlıq Qarabağ rejiminin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov aprelin 6-da döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf etmişdi. Erməni rəsmilərinin ölü sayı ilə bağlı məlumatları isə ziddiyyətlidir. Bəziləri 29, bəziləri isə ölənlərinin sayının 36 olduğunu iddia edirlər. 

Lakin qarşı tərəfin itkilərinin sayının çoxluğunu ötən gün yayılan erməni əsgərlərin səs yazıları da sübut edir. Cəbhədə baş verənlərdən qorxuya düşən ermənilər ancaq bir hərbi hissədən 120 ölünün olduğunu deyiblər. 

Aprelin 8-də saat 15:00-dan işğal edilən ərazilərində aparılan döyüşlər nəticəsində döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanılıb.

Bu məqsədlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları təmas xəttinə gedib. ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib. 
 
BAKU.WS