SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Britaniya tədqiqatçıları insan orqanizminin qocalmasını ləngidən preparatın hazırlanmasında çevriliş ediblər. Onların sözlərinə görə, preparat ömür müddətini ən azı 10 il uzatmaq iqtidarındadır.
 
BAKU.WS xəbər verir ki, indi mütəxəssislər ömür müddətinə birbaşa təsir göstərən GSK-3 zülalının molekullarını öyrənirlər. Həşəratlar üzərində aparılan sınaqlar göstərib ki, bu molekullar onların ömrünü 16 faiz uzada bilər. Bioloqlar dərmanı adi həb şəklində hazırlamağı planlaşdırırlar.
 
Ehtimala görə, GSK-3 yaşla əlaqədar xəstəliklərin, xüsusən Altsheymer, Parkinson xəstəliklərinin, şəkərli diabetin, habelə onkoloji şişlərin əmələ gəlməsi sürətini yavaşıdır. Amma dərmanı artıq orta yaşlarından qəbul etməyə başlamaq lazımdır. Alimlər tezliklə preparatın heyvanlar üzərində sınaqlarına başlayacaqlar.
 
BAKU.WS