VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hazırda təmas xəttinə yaxın rayonlarda - Ağdam, Tərtər və Goranboyda vəziyyət nisbi sakitdir.
 
Bu barədə Trend-ə məlumat verən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, düşmənin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda qismən dağıdılan evlərin təmir-bərpa işlərinə başlanılıb: "Tam yanmış 5 ev var ki, bu evlərin bünovrədən tam bərpa edilməsi üçün hazırlıq işlərinə başlanılıb".

Qeyd edək ki, Ağdamda hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:

- tam yandırılan evlərin sayı - 5

- tam dağıdılan evlərin sayı - 30

- atəş zərbəsindən zərər çəkən evlərin sayı - 37

Bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəliyi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da Trend-ə açıqlamasında dünən axşam saatlarından etibarən ara-sıra atəş səslərinin eşidildiyini, ümumən vəziyyətin nisbi sakit olduğunu bildirib.

Qeyd edək ki, M.Məmmədovun sözlərinə görə, Tərtərdə ermənilərin təxribatı nəticəsində 162 evə ziyan dəyib. Həmin evlərdən 22-si tamamilə dağıdılıb, 140 ev isə qismən dağılıb. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də Trend-ə rayonda vəziyətin ara-sıra atəşkəs rejiminin pozulması halını çıxmaq şərtilə nisbi sakit olduğunu bildirib. N.Quliyevin sözlərinə görə, aprelin 2-dən 5-dək ermənilərin cəbhə boyu kəndləri atəşə tutması nəticəsində Tapqaraqoyunlu kəndində 50 ev ziyan çəkib.
 
BAKU.WS