SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turnirinə start verir.

Bu barədə BAKU.WS-ə SHXÇDX-nin mətbuat xidmətindən məlumat verilib. Məlimata görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırmaqdı. Turnir may ayının 6-da "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprelin 20-dək SHXÇDX-nin aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidi: komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü, vəzifəsi.
 
BAKU.WS