Bakının Nizami rayonunda iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 2-yə çatıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qəza zamanı xəstəxanalara aparılan yaralıların sayı isə 9-a çatıb. Bu barədə ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlardan 7-si 3 saylı Şəhər Kliniki Xəstəxanasına, 2 nəfər isə travmatologiya xəstəxanasına aparılıb.
Xəstəxanadan yaralılardan 1-nin vəziyyətinin ağır olduğunu bildirdilər.

Saat 11:30 
 
Bakıda avtobus qəzası baş verib.
 
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb. 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
 
Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.

Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb. 
 
Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib. Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.
 
BAKU.WS