VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Erməni saytları bir zabitimizin həlak olaraq döyüş cölündə qalması barədə xəbər yayıb. Ermənilər zabitin şəxsiyyət vəsiqəsi, zabit vəsiqəsi, silahın təhvili haqda vəsiqənin skayner edilmiş fotosunu paylaşıblar. 

Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov BAKU.WS-ə deyib ki bu, erməınilərin təxribatı ola bilər. "Döyüş zamanı və səhra şəraitində HP 220 skaneri ilə bu cür sənədləri harda və necə skan ediblər. Əgər bu həqiqət olsaydı, zabitin sənədindən əvvəl, mütləq onun həlak olmuş şəkli yayılardı. Erməni tərəfi sənədin şəklini yaysa da, zabitin öz şəklini saytda yerləşdirməyə nazirliyin icazəsi olmadığını bəhanə edir”, - ekspert əlavə edib.
 
Əbuzər Əbilovon sözlərinə görə, kəşfiyyat qrupu özü ilə belə sənədlər daşımır. Çox güman ki, sənədlər haradasa itirilib və onun sahibini tapmaq ücün internetə qoyulmuş şəkilləri ermənilər istifadə edib.

BAKU.WS