SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması üçün bütün komponentlər praktiki olaraq mövcuddur”.
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin Bakıdakı görüşündən sonra təşkil olunmuş birgə mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov deyib.
 
O bildirib ki, görüşdə Qarabağ məsələsi müzakirə edilib: "Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş hazırkı atəşkəs bizi sakitləşdirməməlidir. Münaqişənin siyasi həlli üçün yollar tapılmalıdır”.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, Sergey Lavrov deyib ki, bu gün Yerevanda olan Rusiyanın baş naziri Dmitri Medvedev sabah Bakıya gələcək.

"Biz həm Ermənistanla, həm də Azərbaycanla dost ölkə kimi sülhün bərqərar olması üçün əlimizdən gələni edəcəyik”, - Lavrov belə deyib.
 
BAKU.WS