VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Paralimpiya oyunlarında iştirak edən azərbaycanlı cüdoçu, 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası İlham Zəkiyev mükafata layiq görülüb. 
 
BAKU.WS-in məlumatına görə, paralimpiyaçı müdafiə naziri Zakir Həsənov tərəfindən mükafatlandırılıb. 
 
"Sizə Silahlı Qüvəllərin Şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların vətənpərvərlik tərbiyəsində göstərdiyiniz xidmətlərə görə təşəkkür edir və böyük əminliklə bildirirəm ki, əsgəri olduğunuz hərbi hissəyə təqdim etdiyiniz Birinci Avropa oyunlarında şərəfinizə qaldırılan Bayraq Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir", - deyə İ.Zəkiyevə təqdim edilən mükafatda qeyd edilib. 
 
Xatıtladaq ki, İlham Zəkiyev buna kimi "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatlarına layiq görülüb. 
 
ŞAHİN Həbibov
BAKU.WS