SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrimizdə yaranan gərginlik nəticəsində Goranboy rayonunun Tap, Tapqaraqoyunlu, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində, Xocalı şəhər 4 nömrəli, 5 nömrəli, Cəmilli və  Meşəli kənd məktəblərində, Kəlbəcər rayon 34, 36, 54, 64, 68, 83, 127, 50, 60, 63, 91, 93, 100, 103 və 128 nömrəli məktəblərində təhlükəsizlik məqsədi ilə tədris müvəqqəti dayandırılıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Qeyd olunub ki, təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib.
 
BAKU.WS