VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.
 
"Report" xəbər verir ki, Ali Baş Komandanı İlham Əliyev yaralı hərbçilərlə görüşdə deyib: "Salamlayıram, minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni qorumusuz, ərazi bütövlüyünü qorumusuz. Azərbaycan xalqı siznən fəxr edir. Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazındır eləmisiniz. Azərbaycan ordusu düşmənə layiqli cavab verib, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır".
 
BAKU.WS